Nəzərli kəndində sürətli ödəniş terminalı qarət edilib

Qardabani bələdiyyəsinin Nəzərli kəndində sürətli ödəniş terminalı qarət edilib. Hadisə gecə saatlarında baş verib.

Belə ki, üzlərini bağlayan bir neçə şəxs dəmir alətlərlə terminalın kilidini sındırıb. İçərisindəki vəsaiti götürdükdən sonra isə ərazidən uzaqlaşıblar.

Artıq faktla bağlı 3 nəfər polis tərəfindən saxlanılıb. Araşdırma davam edir.

Bizi WhatsApp – da izləyin.