Avtomobil şüşələrindəki yazı və loqolara görə cərimə tətbiq olunurmu?
Son günlər sosial şəbəkələrdə avtomobillərin ön və arxa şüşələrindəki yazıların və müxtəlif loqoların patrul polisi tərəfindən sökülməsi, bununla bağlı sürücülərin cərimələnməsi barədə videolar yayılır.
Sosial şəbəkə istifadəçiləri xüsusilə Azərbaycan gerbi və bu kimi müxtəlif şəkil və loqoların patrul polisi tərəfindən avtomobillərdən söküldüyünü, həmçinin sürücülərə cərimələr tətbiq edildiyini bildirir və cərimə qəbzlərini nümayiş etdirirlər.
Araşdırmalar nəticəsində isə göstərir ki, bu qəbildən olan paylaşımlar əsaslı deyil.
Patrul polisindən bildirilib ki, avtomobillərin ön və arxa şüşələrindəki yazı və loqolara görə sürücülərə belə bir cərimə tətbiq olunmayıb.
Daxili İşlər Nazirliyinin Patrul Polisi Xidmətindən isə bildirilib ki, avtomobillərin ön və arxa şüşələrində mövcud olan loqo və hər hansı yazıya görə cərimə tətbiq olunması ilə bağlı qərar verilməyib. Yalnız avtomobillərin ön və yan şüşələrinin tündləşdirilməsi ilə bağlı müəyyən edilmiş qaydalar mövcuddur.
Belə ki, nəqliyyat vasitələrinin ön yan şüşələrinin 60%-ə qədər tündləşdirilməsinə icazə verilir. Sürücünün arxasında əyləşən sərnişinlərin yan tərəfində yerləşən şüşələrə gəlincə, burada 75%-lik məhdudiyyət qüvvədə qalır.
Bununla yanaşı, avtomobilin ön şüşəsində 10 santimetrdən artıq ölçüdə kant olduğu halda, sürücüyə 100 lari məbləğində cərimə tətbiq olunur.