Gürcüstandan Rusiyaya ekstradisiya edilən məhbus qatarda öldürülüb
Rusiyada qatarla məhbusların daşınması zamanı Federal Penitensiar Xidmətinin əməkdaşlarına hücum edən məhbus güllələnərək öldürülüb. Məlumata görə, həmin şəxs daha əvvəl Gürcüstandan Rusiyaya ekstradisiya edilib.
Rusiya dövlət mediasının yaydığı məlumata əsasən, hadisə Vladikavkazdan Adlerə gedən qatarda baş verib.
Məlumata görə, məhbuslardan biri Federal Penitensiar Xidmətinin əməkdaşlarına hücum edib. Hadisə nəticəsində bir əməkdaş ölüb, üç əməkdaş isə yaralanıb.
Hücum zamanı məhbus əməkdaşlardan birinin odlu silahını ələ keçirib və bir neçə dəfə atəş açıb. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, daha sonra qaçmağa cəhd edən məhbus zərərsizləşdirilib.
Rusiya dövlət mediası hüquq-mühafizə orqanlarına istinadən öldürülən şəxsin Dmitri Puşkarov olduğunu bildirir.
Məlumata görə, Puşkarov narkotiklərlə bağlı cinayətlər və cinayətkar təşkilat yaratmaq ittihamları üzrə məsuliyyətə cəlb olunması üçün daha əvvəl Gürcüstandan Rusiyaya ekstradisiya edilib.
Bizi WhatsApp – da izləyin.