Qardabanidə “Alilo” yürüşü təşkil olunub

Milad bayramı ilə əlaqədar Qardabani şəhərində Milad “Alilo” yürüşü təşkil olunub.

Yürüş Qardabanidəki kilsənin önündən başlayıb və şəhər Meriyasının yaxınlığında başa çatıb.

“Alilo” yürüşündə Qardabani İcra başçısı Davit Karqareteli, Bələdiyyə sədri Mixeil Gedekhauri, eləcə də digər rəsmilər və Qardabani sakinləri iştirak ediblər.

Onu da bildirək ki, toplanan pul və ianələr Norio və Martkopidəki uşaq evlərinə və Vaxtanqisidəki Müqəddəs Nikolay kilsəsinə verilib.