Nəzərli kənd sakininin axtarışları ikinci gündür ki, davam edir

Qardabani rayonunda itkin düşmüş 83 yaşlı şəxsin axtarışları artıq ikinci gündür ki, davam edir.

Belə ki, rayonun Nəzərli kənd sakini Aslanpaşa Mövlayev yanvar ayının 6-da səhər 08:30 radələrində yaşadığı evdən çıxıb və daha sonra görən olmayıb. Ailə üzvləri onun xəstə olduğunu bildirirlər.

Qeyd edək ki, məsələ ilə əlaqədar Qardabani rayon Polis bölməsinin əməkdaşları da gün ərzində kənddə itkin düşmüş şəxsin axatarışlarını davam etdiriblər.

Görən şəxslərdən aşağıda qeyd olunan nömrələrlə və ya 112 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur:

+995 599 80 86 16

+995 597 99 78 96