Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkil etdiyi kurslara növbəti qeydiyyatın başlanacağı tarix açıqlanıb
Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində təmannasız Azərbaycan dili və Ədəbiyyat fənnləri, eləcə də gürcü dili və ingilis dili üzrə kurslar davam edir. Mərkəzdə həmçinin hüquqi məsələlər üçün yardım xidməti də vətəndaşların xidmətindədir.
Onu da bildirək ki, 2022-ci ilin sentyabrından başlayan kurslar bu ayın sonunda yekunlaşır və sonda kurslarda təhsil alan 100-ə yaxın gənclərə müxtəlif səviyyələr üzrə sertifikatlar təqdim olunacaq.
Kurslara növbəti qeydiyyat isə fevral ayının ilk həftəsindən başlayacaq.
Hər həftənin şənbə günü saat 10:00-dan 15:00-dək vətəndaşlar mərkəzin ofisinə yaxınlaşaraq istənilən hüquqi məsələdə məsləhət ala bilər.
Məlumat üçün onu da bildirək ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi 10 sentyabr 2021-ci ildən fəaliyyət göstərir. Mərkəzdə həyata keçirilən layihələr Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə baş tutur.