Bu şəxslərin elektrik enerjisinin ödənişinə dövlət yardım edəcək

Sosial yardıma ehtiyacı olan ailələrə istehlak etdikləri elektrik enerjisinin ödənişində dövlət yardım edəcək.

Bu barədə Maliyyə naziri Laşa Xutsişvili bildirib. Onun sözlərinə görə, elektrik enerjisinin tarifinə ayrılan subsidiya iki hissədən ibarət olacaq:

“Ölkənin sosial istiqamətdə üzərinə götürdüyü bütün öhdəliklər 2023-cü ildə də davam etdiriləcək. Sosial cəhətdən həssas ailələrin elektrik enerjisi xərclərinin subsidiyalaşdırılmasını nəzərdə tutan yeni proqram əsasında 70 000 və daha az reytinq balı olan ailələrin elektrik enerjisinin tarifi 1 kvt/saata 12 tetri, 70-150 min ballıq ailələrə isə elektrik enerjisinin tarifi təqribi olaraq 3.5 tetri subsidiyalaşdırılacaq. Bu istiqamətdə 2023-cü ilin büdcəsindən 12 milyon lari ayrılacaq.”- deyə nazir bildirib.