Tbilisidə Rəvan Nəbiyevin sərgisi keçirilib – VİDEO

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə Rəvan Nəbiyevin sərgisi keçirilib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti muzeyində keçirilən sərgidə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, incəsənət xadimləri, müəllimlər, gənclər, eləcə də Azərbaycan və Gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sərgidə Rəvan Adiloğlunun müxtəlif mövzularda çəkdiyi 25-dən çox rəsm əsəri yer alıb.

Səfir Faiq Quliyev sərgiyə baxış keçirdikdən sonra Rəvan Adiloğluna uğurlar arzulayıb. O, mədəniyyətimizin təbliği istiqamətində gənclərin fəal olmasının vacibliyindən danışıb. Sonra Faiq Quliyev səfirlik adından rəssama kompyuter hədiyyə edib.

Onu da bildirək ki, sərgi çərçivəsində Rəvan Adiloğluna “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”, eləcə də Pirosmani adına Beynəlxalq Rəssamlar Assosiyasiyası tərəfindən diplom və sertifikat təqdim olunub. Çıxış edənlər gənc rəssamın istedadından danışaraq, ona uğurlar arzulayıblar.