Rusiya-Gürcüstan avtomagistralında istilik məntəqələri açılıb

Rusiya-Gürcüstan avtomagistralında Rusiya Fövqəladə Hallar Nazirliyinin istilik məntəqələri açılıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstanın Vladiqafqaz-Yuxarı Lars hissəsində və Cənubi Osetiyanın Transqafqaz magistralında bütün növ avtomobillərin hərəkəti qadağan olunub.

Nəqliyyat vasitələrinin sürücülərinin pis hava şəraitini sakit şəkildə gözləmələri üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bağlı yollarda mobil istilik məntəqələri açıblar.