Qardabani rayonunda da Türkiyəyə yardım kampaniyası başladılıb – FOTO

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə dəstək məqsədilə Qardabani rayonunda da yardım kampaniyası başladılıb.

RealNews xəbər verir ki, Qardabanidə Dostluq Evinin (Poçtla üzbəüz) qarşısında yardım kampaniyası gün ərzində davam edib və qarşıdakı günlərdə də davam edəcək. Onu da bildirək ki, kampaniya çərçivəsində isti geyimlər, ayaqqabı, yataq dəstləri, eləcə də tibbi ləvazimatlar və s. toplanır.

İmkan daxilində hər kəsi yardım kampaniyasına  qoşulmağa dəvət edirik.

Ətraflı məlumat üçün: Kamran Babayev – 598 20 38 78