Gürcüstanlı xilasedicilər Türkiyədən vətənə qayıdıblar – FOTO
Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin xilasediciləri Türkiyədə baş vermiş zəlzələdən sonra xilasetmə missiyasını başa çatdırıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, xilasedicilərin ölkəyə xüsusi çarter reysi ilə qayıtması barədə baş nazir İrakli Qaribaşvili qərar verib. Gürcüstana qayıdan xilasediciləri Tbilisi Beynəlxalq Hava Limanında daxili işlər nazirinin müavini İoseb Çelidze, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili və Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbai qarşılayıblar.
Rəsmilər xilasetmə qrupunun üzvlərinə Türkiyədə göstərdikləri fədakarlığa görə təşəkkür ediblər.