Tbilisidə fahişəlik üçün yer ayırmaq ittihamı ilə bir nəfər həbs edilib – VİDEO
Tbilisidə fahişəlik üçün yer ayırmaq ittihamı ilə bir nəfər həbs edilib.
İstintaq zamanı müəyyən olunub ki, saxlanılan qadın Tbilisidə davamlı olaraq müəyyən məbləğdə pul qarşılığında masaj salonundakı otaqları müştərilərə xidmət etmək məqsədilə fahişəliklə məşğul olan qadınların ixtiyarına verib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə istintaq başladılıb.
Saxlanılan şəxsi 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.