Marneulidə peyntbol üzrə yerli çempionat keçirilib – FOTO

Marneuli munisipaliteti peyntbol üzrə yerli çempionata ev sahibliyi edib.

Bu barədə Marneuli Meriyası məlumat yayıb.

Qeyd edilib ki, çempionatda yerli özünüidarəetmənin əməkdaşlarından ibarət 8 komanda iştirak edib.

Yarışda Marneuli Munisipalitetinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze və digər rəsmilər iştirak ediblər.

Peyntbol – müəyyən ərazidə, döyüş hərəkətlərini simulyasiya edən ekstremal, texniki-idman oyunudur. Bunun üçün xüsusi pnevmatik silahlar və rəngli jelatin topları istifadə olunur.

Qeyd edək ki, Munisipalitetdə qalib gələn komanda, ilin çempion komandasını müəyyən etmək üçün Tbilisidə, peyntbol arenasında finalda çıxış edəcək.