Rikoti aşırımında nəqliyyatın hərəkəti bərpa edilib
Aparılan intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 169-cu km-də (Rikoti aşırımı) nəqliyyatın hərəkəti bərpa edilib.
Bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
“Hərəkət müəyyən edilmiş xüsusi rejimə uyğun həyata keçiriləcək. Xatırlatmaq istərdik ki, bu gün səhər saatlarında yağan güclü yağış yolda hərəkətin məhdudlaşdırılmasına səbəb olub”, – məlumatda deyilir.
Qeyd edək ki, Rikotinin keçidi üçün yaradılmış xüsusi rejimin fəaliyyəti zamanı yüngül avtomobillər saat 06:00-dan 21:00-dək, yük avtomobilləri isə 23:00-dan 05:00-a kimi hərəkət edə bilər.