Türkiyədə hava limanında mindən çox canlı arı aşkar edilib – VİDEO

Türkiyənin Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları Sabiha Gökçen Hava Limanında 1230 Carniolan cinsli canlı arı ələ keçirib.

Bu barədə Türkiyənin İHA xəbər agentliyi məlumat yayıb.

Belə ki, Sabiha Gökçen Hava Limanına xaricdən gələn əcnəbi vətəndaşdan şübhələnərək, Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları həmin şəxsi yaxından təqib edib.

Şübhəli şəxsin çantasından hər qutuda 6 olmaqla, 205 şəffaf qutuda cəmi 230 Carniolan canlı arı xilas edilib.