Avqustun 7-si ölkədə matəm günü elan edildi

Oni bələdiyyəsi ərazisində baş vermiş faciə ilə əlaqədar avqust ayının 7-si Gürcüstanda matəm günü elan edilib.

Bu barədə baş nazir İrakli Qaribaşvili təbii fəlakətin aradan qaldırılması üzrə fövqəladə qərargahda keçirilən iclasdan sonra qərar verib.

Məlumat üçün onu da bildirək ki, Şovi kurortu ərazisində baş vermiş sürüşmə və sel nəticəsində 11 nəfər dünyasını dəyişib. 210 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.