Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub, xəsarət alanlar var

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.