DƏHŞƏTLİ QƏTL: “Kriminal aləm”lə əlaqəli şəxs atəşə tutuldu
İmereti bölgəsinin Samtredia bələdiyyəsində dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, 36 yaşlı Koba Meparişvili yas mərasimindən qayıdarkən atəşə tutulub.
RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, 10 gülə yarası alan şəxs yerindəcə dünyasını dəyişib.
Hadisənin detalları tam bəlli olmasa da, mövcud məlumata görə sözügedən şəxs “kriminal aləm”lə əlaqəli olub.
Faktla bağlı Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başladıb.