Yanvarın 3-dək ölkə ərazisində gözlənilən hava proqnozu

Yanvarın 3-dək ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti hökm sürəcək.

Bu barədə Milli Ətraf Mühit Agentliyi yaydığı məlumatda bildirilib. Məlumata görə, qeyd olunan tarxilərdə arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Yanvarın 3-dək havanın temperaturu gecə -1, -3 şaxta, gündüz isə +9, +14 dərəcə isti təşkil edəcək.