Britaniya mətbuatı: “Mançester Sitinin keçmiş hücumçusu Gürcüstan Prezidenti seçilib”

“Mançester Sitinin” keçmiş hücumçusu Mixeil Kavelaşvili Gürcüstanın prezidenti oldu, – Britaniyanın Manchester Evening News nəşri bu barədə məqalə yayımlayıb.

Məqalədə qeyd olunur ki, 53 yaşlı keçmiş gürcü deputat, 1990-cı illərdə “Mançester Siti”də oynamış Mixeil Kavelaşvili, seçkiləri asanlıqla qazanıb. Çünki “Gürcü Arzusu” partiyası 300 nəfərlik seçki kollegiyasına nəzarət edir.

Nəşr həmçinin bildirir ki, Mixeil Kavelaşvilinin “Mançester Siti”də futbol debütü 1996-cı ildə baş tutub və onun bu komandanın heyətində son oyunu 1997-ci ildə olub.

Bizi WhatsApp – da izləyin.