Güclü şaxta və qar səbəbilə yollarda son vəziyyət – RƏSMİ

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qurumun məlumatına əsasən, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti Surami nəqliyyat qovşağı-Boriti hissəsində də bərpa olunub.

“Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun km133-km162 (Surami nəqliyyat qovşağı-Boriti) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib”, – deyə Avtomobil Yolları Departamentindən bildirilib.

Bizi WhatsApp – da izləyin.