Tbilisidə məşhur saat mağazasını qarət etdi, Qoridə saxlanıldı
Tbilisidə məşhur saat mağazalarından birini qarət edən şəxs Qoridə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1991-ci il təvəllüdlü G.B. oğurluq ittihamı ilə saxlanılıb.
Cinayət 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs cari ilin 12 dekabr tarixində Tbilisidə, Çavçavadze prospektində yerləşən “Art-Time” mağazasının şüşə qapısını zədələyərək qeyri-qanuni şəkildə obyektə daxil olub və orada olan saatları gizlicə mənimsəyib.
Keçirilən axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi Qoridə saxlayıb.
Oğurlanan saatların bir qismi maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndləri ilə davam etdirilir.
Bizi WhatsApp – da izləyin.