Dövlət qulluqçuları müstəqil peşə ittifaqı yaradırlar

Dövlət qulluqçuları müstəqil peşə ittifaqı yaradırlar. Təsisçilər bu gün Ədliyyə Evində təşkilatın qeydiyyatı üçün müraciət ediblər.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, “Təşkilat yarandığı gündən etibarən dövlət qurumlarında siyasi təmizləməni qanuniləşdirmək məqsədini güdən repressiv aktın məsələsini gündəmə gətirəcək”.

“Müstəqil peşəkar ittifaq – Konstitusiyanın 78-ci maddəsi” adlı təşkilat hazırda dövlət sektorunda işləyən və açıq şəkildə Gürcüstan Konstitusiyasının 78-ci maddəsində bəyan edilmiş Gürcüstan xalqının iradəsinə və dövlətin milli maraqlarına sadiqliyini ifadə edən şəxsləri qismən təmsil edəcək. Bu maddə ölkənin suverenliyini, ərazi bütövlüyünü, Avropa və Avroatlantik istiqamətlərə sadiqliyi qorumağı nəzərdə tutur.

Dövlət qulluqçularının müstəqil peşə ittifaqının məqsədi dövlət qulluqçularının əmək, sosial-iqtisadi, vətəndaş-siyasi hüquq və qanuni maraqlarını müdafiə etməkdir. O cümlədən, onların iş şəraitini, əməkhaqlarını və sosial təminatlarını yaxşılaşdırmaq, hüquqi yardım və peşəkar məsləhət göstərmək, həmçinin, peşəkar inkişafı, yeni bilik və bacarıqların əldə edilməsi və ya yenidən hazırlanmasını təmin etmək üçün nəzəri və praktiki tədbirlər təşkil etməkdir. Eyni zamanda, dövlət qulluqçularının cəmiyyətdəki rolunu gücləndirmək, ictimai idarəetməyə vətəndaşların etimadını artırmaq və onların proseslərdə iştirakını təmin etmək, Avrointeqrasiya çərçivəsində yaxşı idarəetmə prinsipinə əsaslanan institusional islahatlara dəstək olmaq əsas məqsədlər sırasındadır.

Təşkilat, Gürcüstanın uzunmüddətli dövlət maraqlarına uyğun olaraq, konstitusiyaya dəstək olan, demokratik, qanunun aliliyinə və insan hüquqlarına əsaslanan yüksək peşəkar və etik standartlara malik, sabit, effektiv və şəffaf dövlət idarəçiliyinin formalaşmasına töhfə vermək niyyətindədir.

“Təşkilat yarandığı andan dövlət müəssisələrində siyasi təmizləmələri qanuniləşdirmək məqsədini daşıyan repressiv aktın məsələsini gündəmə gətirəcək. Peşəkar ittifaq qanun çərçivəsində mövcud bütün tədbirlərə əl atmağa və dövlət qulluqçularının hüquqlarını müdafiə etməyə hazırdır”, – deyə məlumatda qeyd edilir.

Bizi WhatsApp – da izləyin.