Sinoptiklərdən xəbərdarlıq: Güclü qar, çovğun, külək…

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 28 dekabrdan 29 dekabr səhərinədək Gürcüstanda arabir yağıntılar gözlənilir. Dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar yağışı, çovğun, qərb istiqamətli güclü külək, dənizdə isə 3-4 ballıq fırtına proqnozlaşdırılır.

Gözlənilən yağıntılar qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli artımına, kiçik çaylarda daşqınlara, təpəli bölgələrdə sürüşmə və palçıq axını proseslərinin yaranması və aktivləşməsinə, eləcə də yüksək dağlıq rayonlarda qar uçqunlarının əmələ gəlməsinə səbəb ola bilər.

Avtomobil yollarının bəzi hissələrində güclü qar, qar uçqunu təhlükəsi, buzlanma və zəif görünüş səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşa bilər (təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir).

Bizi WhatsApp – da izləyin.