Qazlar kəndində dəhşətli hadisə: 45 yaşlı kişi azyaşlı qıza cinsi təcavüz edib
Kaxeti bələdiyyəsinin Qazlar kəndində 45 yaşlı kişi azyaşlı qıza qarşı cinsi təcavüz edib.
Yerli mətbuatın yaydığı məlumata görə cinsi təcavüz edən şəxs qızın atasının bacısının həyat yoldaşıdır.
Azyaşlı zorakılıq barədə ailə üzvlərinə məlumat verib, bundan sonra qızın əmisi soyuq silahla kişinin bədəninə çoxsaylı xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılıb, qızın əmisi isə polisə təslim olub.
“O qızımın əridir. Biz onları ailəyə gətirdik, sahibləndik, qoyunlarımızı otarırdı. 3 həftə əvvəl onun arvadı, yəni qızım dünyasını dəyişdi, burada ailədə başsağlığı süfrəsində idim, bu isə fermada 12 yaşlı nəvəmə cinsi təcəvüz edib. Bu mənim 12 yaşlı nəvəmdir, 6 il əvvəl dünyasını dəyişən ikinci oğlumun qızıdır. Digər oğlum isə bu hadisəsini eşidəndə dözməyib gedib, onu tutub yaralayıb, sonra polis bölməsinə gedib”, – deyə azyaşlının babası deyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 137-ci (zorlama) və 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə araşdırma aparılır.