Tbilisidə 21 yaşlı gənc oğlan qətlə yetirilib – FOTO
Tbilisidə Orbeliani meydanında qətl hadisəsi baş verib.
Yerli mətbuatın yaydığı məlumata görə, gənc oğlan soyuq silahla yaralanıb və o, klinikaya aparılmazdan əvvəl dünyasını dəyişib. Onun 21 yaşlı Nikita Aqiev olduğu bildirilir.
Ətrafda olan şəxslərin verdiyi məlumata görə, hadisədən bir neçə dəqiqə öncə həmin ərazidə bir neçə şəxs arasında mübahisələr yaşanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (108-ci) maddəsi ilə istintaq başladılıb.