Qardabani Təhsil və İnteqrasiya mərkəzində təlim keçirilib – FOTO

Bu gün Qardabani Təhsil və İnteqrasiya Mərkəzində tələbələr və gənclər üçün Menecment (idarəçilik) mözusu üzrə təlim keçirilib.

Mərkəzdən verilən məlumata görə, təlim mərkəzin təsisçilərindən Raul Əliyev tərəfindən aparılıb.

Xüsusi hazırlanmış idarə etmə metodları, menecment, idarəçilik haqqında iştirakçılara məlumat verilib.