Prezidentdən iddia: Məktəblərdə uşaqların…

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi prezident Salome Zurabişvilinin məktəblərdə uşaqların şəxsi məlumatlarının xüsusi məqsədlər üçün toplanması ilə bağlı yaydığı məlumatı təkzib edir. Nazirliyin yaydığı bəyanata əsasən, bu cür dezinformasiyanın yayılması təhsil sisteminin nüfuzdan salınmasına xidmət edir.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi bildirir ki, Salome Zurabişvilinin məktəblərdə uşaqların şəxsi məlumatlarının toplanması ilə bağlı yaydığı məlumat yalandır və həqiqətə uyğun deyil. Bu cür dezinformasiyanın yayılması məqsədyönlü hərəkətdir və yalnız təhsil sisteminin nüfuzunu zədələməyi hədəfləyir.

Cəmiyyətə bildirmək istəyirik ki, şagirdlərin şəxsi məlumatları – şəxsi məlumat, onun sinfə gedib-getməməsi, mövcud qiymətləri – Təhsil Nazirliyinin məlumat sistemində saxlanılır. Bundan başqa, sistemdə valideynlərin və ya qanuni nümayəndələrin məlumatları əks olunub. Dövri olaraq məktəblər tərəfindən sistemdə valideynin/qanuni nümayəndənin əlaqə telefon nömrəsi, elektron poçt ünvanı və yaşayış yeri yenilənir. Bu, valideyn və ya qanuni nümayəndə ilə zərurət olduqda asan və operativ əlaqə yaratmağa xidmət edir. Şəxsi məlumatların toplanması, saxlanılması, işlənməsi, təhlili və idarə olunması “Şəxsi məlumatların qorunması haqqında” Gürcüstan qanununa uyğun şəkildə Təhsil Nazirliyinin məlumat sistemi tərəfindən təmin edilir.

Təhsil Nazirliyinin məlumat sistemi qanuni olaraq nazirliyin səlahiyyətində olan digər dövlət orqanlarının məlumat bazalarında olan şəxsi məlumatları toplamaq və istifadə etmək səlahiyyətinə malikdir. Konkret şəxsləri dezinformasiyanın yayılmasından çəkinməyə çağırırıq, çünki bu, məqsədli şəkildə ictimaiyyəti çaşdırmağa xidmət edir.

Məlumat üçün bildirək ki, prezident Salome Zurabişvili “Facebook” səhifəsindəki paylaşımında məktəblərdə uşaqlardan valideynlərin şəxsi nömrəsini tələb etdiklərini qeyd edib. “Məktəblərdə belə məlumatları uşaqlardan tələb etmək şəxsi məlumatların pozulmasıdır! Uşaq valideynin şəxsi nömrəsini verməməlidir! Bu məktəblərin müəyyənləşdirilməsi maraqlıdır!” – Salome Zurabişvili yazıb.

Bizi WhatsApp – da izləyin.