DİQQƏT! Pensiya alan şəxslərə 150 lari paylanılır deyə məlumat yayılıb
Pensiya (təqaüd) alan şəxslərə 120-150 lari məbləğində pul paylanılır deyə yalan məlumat yayılıb.
RealNews.ge xəbər verir ki, bu barədə Qardabani Merinin Qaracalar kəndi üzrə səlahiyyətli nümayəndəsi Ramin Sofiyev bildirib.
Belə ki, pensiya alan şəxslər Liberty Bankdan hesab nömrə gətirərək onlara pulun köçürlməsi üçün Meriyaya təqdim edilməsini istəyirlər.
Ramin Sofiyev məsələ ilə əlaqədar bildirib ki, Meriadan ehtiyacı olan vətəndaşlara il ərzində birdəfəlik maddi yardımlar edilir, ancaq hal-hazırda bu barədə heç bir məlumat yoxdur.
Vətəndaşlar arasında yayılmış məlumat isə həqiqəti əks etdirmir.
Qeyd edək ki, artıq 50-dən çox vətəndaş Bankdan hesab nömrə gətirərək, merin səlahiyyətli nümayəndəsinə təqdim edib.
Bizi WhatsApp – da izləyin.