TƏCİLİ! Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başladı – VİDEO

Deportasiyalar başladı, biz gürcü cinayətkar qruplarını sözlə deyil, əməllə ləğv edirik.

Bu barədə Polşanın Baş naziri Donald Tusk öz X hesabındakı paylaşımında bildirib.

Baş nazir paylaşımına Polşa sərhəd polisinin qeyri-leqal gürcü miqrantları müşayiət edərək təyyarəyə mindirməsini əks etdirən videonu da əlavə edib.

Polşanın rəsmi qurumları bildiriblər ki, martın 5-də ölkədən 17 Gürcüstan vətəndaşı deportasiya edilib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Yatsek Dobjinski məsələyə münasibət bildirərək qeyd edib ki, Polşa tolerant ölkədir, lakin cinayətkarlığa göz yummayacaq.

“Biz cinayətkarları qəbul etmirik və onlar deportasiya ediləcək… Bu, istər xırda oğurluq, istər narkotik ticarəti, istərsə də mütəşəkkil cinayətkarlıq olsun”, – deyə Dobjinski vurğulayıb.

Rəsmi məlumata görə, deportasiya olunanlar 24-58 yaş arası kişilərdir və onların Polşanın müxtəlif şəhərlərindən məhkəmə qərarı əsasında çıxarılması həyata keçirilib.

Polşanın Baş naziri Donald Tuskun paylaşdığı videoyu təqdim edirik:

Bizi WhatsApp – da izləyin.