Qardabani, Marneuli, Bolnisi, Rustavi… – PROQNOZ
23 may tarixinədək Gürcüstanda hava isti və əsasən yağıntısız olacaq, 24 mayda isə isti hava fonunda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Proqnozu Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.
Tbilisidə yağıntısız hava gözlənilir. Günorta saatlarında hava temperaturu +24, +26 dərəcə olacaq.
Sahil rayonlarında (Batum, Kobuleti, Anakliya, Poti): isti və yağıntısız hava olacaq. Günorta saatlarında temperatur +24, +26 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): 22-23 may tarixlərində isti və yağıntısız hava gözlənilir, 24 mayda isə bəzi yerlərdə yağış yağacaq. Günorta saatlarında temperatur +28, +30 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti keçidi): 22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə yağış yağacaq. Temperatur +22, +27 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): 22-23 mayda yağıntısız hava gözlənilir, 24 mayda bəzi yerlərdə yağış yağacaq. Temperatur +19, +24 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani: 22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə yağış gözlənilir. Temperatur +21, +26 dərəcə olacaq.
Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsqaro): 22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə qısamüddətli yağış, ildırım və dolu ehtimalı var. Temperatur +20, +25 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): 22-23 mayda yağıntısız hava olacaq, 24 mayda bəzi yerlərdə qısamüddətli yağış, ildırım və dolu ehtimalı var. Temperatur +20, +25 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): 22-23 mayda yağıntısız hava olacaq, 24 mayda isə bəzi yerlərdə yağış yağacaq. Temperatur +15, +20 dərəcə təşkil edəcək.
Bizi WhatsApp – da izləyin.