25 iyul tarixinədək gözlənilən hava şəraiti açıqlanıb
21-25 iyul tarixlərində Gürcüstanın əksər bölgələrində yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında qısamüddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir.
Gün ərzində hava temperaturu isə +34-37 dərəcə təşkil edəcək.
Agentlik vətəndaşları hava şəraitinə uyğun davranmağa və mümkün risklərdən ehtiyatlı olmağa çağırır. Xüsusilə saat 12:00 və 17:00 aralığında açıq havada olmamaq tövsiyə edilir.
Bizi WhatsApp – da izləyin.