Ağbulaqda qanlı hadisə: Orta yaşlı kişi güllələnib

Tetritskaro (Ağbulaq) bələdiyyəsində qanlı hadisə yaşanıb.

Belə ki, günorta saatlarında bir nəfər odlu silahla güllələnib.

Məlumata görə, rayonun mərkəzində piyada hərəkət edən orta yaşlı kişi silahlı hücuma məruz qalıb. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma davam edir.

Bizi WhatsApp – da izləyin.