Havanın temperaturu 5-7 dərəcə enəcək – PROQNOZ

Gürcüstanda qarşıdakı 1 ay ərzində hava necə olacaq – bu barədə sinoptik Xatuna Xokosadze açıqlama verib.

“Gürcüstanda, oktyabrın 17-dən etibarən yağıntısız hava gözlənilir. 18, 19 və 20 oktyabr tarixlərində havanın maksimal temperaturu +25 dərəcə olacaq.

Oktyabrın 21-dən Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı ehtimal olunur, bəzi yerlərdə güclü də ola bilər. Havanın temperaturu burada təxminən 18 dərəcə olacaq.

Oktyabrın 22-dən 25-nə qədər hava yenidən açıq olacaq və yağıntısız keçəcək. Temperatur yenidən yüksələcək və +26, +27 dərəcəyə çatacaq.

Noyabr ayına gəldikdə isə – noyabrda hava şəraiti iqlim normasına uyğun olacaq. Yağıntı da, temperatur da norma çərçivəsində gözlənilir. (Qərbi Gürcüstanda orta temperatur təxminən 11–12 dərəcə, Şərqi Gürcüstanda isə 7–9 dərəcə olacaq.)

Noyabrda temperatur 5–7 dərəcə enəcək.

Əlbəttə, ay sərin keçəcək, lakin bəzi günlərdə temperaturun yenidən qalxaraq Qərbdə +26, Şərqdə isə +22–23 dərəcəyə çatması mümkündür.

Həmçinin noyabrın sonuna doğru Şida Kartli bölgəsində temperaturun sıfıra qədər enməsi də gözlənilir. Sahil zolağında da temperaturun aşağı düşəcəyi proqnozlaşdırılır,” – deyə sinoptik bildirib.

Mənbə: PrimeTime.ge

Bizi WhatsApp – da izləyin.