Bir yaşlı uşağa qarşı zorakılıq törədən dayə saxlanılıb

Tbilisidə bir yaşlı uaşağa qarşı zorakılıq faktı ilə bağlı dayə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş idarəsinin əməkdaşları 1962-ci il təvəllüdlü N.K-nı azyaşlıya fiziki zor tətbiq etməkdə təqsirləndirərək həbs ediblər.

İstintaq zamanı müəyyən olunub ki, dayə kimi çalışan N.K 2024-cü il təvəllüdlü uşağa fiziki zorakılıq göstərib. Hadisə ailənin evində quraşdırılmış videokamera tərəfindən qeydə alınıb. Fakt qeydə alındıqdan dərhal sonra hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin “a” bəndi üzrə — azyaşlıya qarşı zorakılıq faktı ilə istintaq davam edir. Qanunvericiliyə əsasən, bu cinayət 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.