Marneulidə sahibkarın evini yandırmağa cəhd ediblər

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində bir sahibkarın evinə alışqan maddə atılıb.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə gecə saatlarında baş verib.

Məlumata əsasən, insidenti bir nəfər törədib. Hadisənin başvermə səbəbi isə hələlik məlum deyil.

Hadisə yerinə polisin gəldiyi və sarı lent çəkildiyi müşahidə olunub.

Bizi WhatsApp – da izləyin.