Biznes sektorunun dövriyyəsi 64 milyardı keçib – STATİSTİKA

Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2025-ci ilin üçüncü rübündə biznes sektorunun dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10,0 faiz artaraq 64,7 milyard lari təşkil edib. Artım tendensiyası biznes sektorunun məhsul buraxılışı göstəricisində də müşahidə olunub. 2025-ci ilin üçüncü rübündə məhsul buraxılışının həcmi 25,4 milyard lari olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.

Sakstatın məlumatına əsasən, 2025-ci ilin üçüncü rübündə biznes sektorunun dövriyyəsinin 67,5 faizi iri biznesin payına düşüb, 14,5 faizi — orta biznesə, 18,0 faizi isə — kiçik biznesə məxsus olub. Məhsulun ümumi buraxılışında isə fərqli bölgü müşahidə edilib: iri biznesin payı 46,1 faiz, orta biznesin — 23,2 faiz, kiçik biznesin isə — 30,8 faiz təşkil edib.

Qurumun hesabatında qeyd olunur ki, 2025-ci ilin üçüncü rübündə müəssisələrin həyata keçirdiyi mal və xidmətlərin ümumi alışları 33,5 milyard lariyə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. Satış üçün nəzərdə tutulmuş mal və xidmətlərin alınması isə 19,2 milyard lari təşkil edib və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.

Bununla yanaşı, Sakstatın məlumatına görə, hesabat dövründə biznes sektorunda məşğulluq üzrə orta göstərici 814,7 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Ümumi məşğulluq göstəricilərinə görə əhalinin 43,0 faizini qadınlar, 57,0 faizini isə kişilər təşkil edib.

Bu şəxslərin ümumi sayının 42,1 faizi iri biznes, 19,9 faizi orta biznes, 38,0 faizi isə kiçik biznesin payına düşüb.

Hesabat dövründə muzdla çalışanların ümumi sayı 758,0 min nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çoxdur. Müəssisələrin personal xərcləri isə 5 624,9 milyon lari məbləğində müəyyən olunub və bu göstərici ötən ilin eyni dövründən 13,1 faiz artıqdır.

2025-ci ilin üçüncü rübündə biznes sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı 2 420,9 lariyə bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 230,8 lari çoxdur. Onların arasında qadınların orta aylıq əməkhaqqı 1 846,9 lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 144,5 lari artım deməkdir. Müəssisələrin ölçüsünə görə orta aylıq əməkhaqqı belə olub: iri biznes – 2 498,3 lari; orta biznes – 2 801,6 lari; kiçik biznes – 2 072,5 lari.

Qurumun hesabatına əsasən, 2025-ci ilin üçüncü rübündə biznes sektorunun dövriyyə strukturunda ən yüksək pay — 34,5 faiz, incəsənət, əyləncə və istirahət sahəsinin payına düşüb. İkinci yerdə 33,5 faizlə ticarət dayanıb, daha sonra emal sənayesi — 7,8 faiz, tikinti — 6,3 faiz, nəqliyyat və anbar təsərrüfatı — 4,6 faiz, informasiya və kommunikasiya — 3,4 faiz. Qalan 10,0 faiz isə digər sahələr arasında bölüşdürülüb.

Hesabat dövründə biznes sektorunun məhsul buraxılışı strukturunda ilk beşliyi ticarət (18,6 faiz), emal sənayesi (18,3 faiz), tikinti (18,2 faiz), nəqliyyat və anbar təsərrüfatı (9,4 faiz) və informasiya-kommunikasiya (8,4 faiz) sahələri tutub. Digər sahələrin ümumi payı 27,1 faiz təşkil edib.

2025-ci ilin üçüncü rübündə məşğulluq baxımından biznes sektorunda liderlik edən sahələr ticarət, emal sənayesi, səhiyyə və sosial xidmətlər olub — müvafiq olaraq 29,1 faiz, 11,3 faiz və 9,2 faiz. Struktuda həmçinin tikinti (8,5 faiz), nəqliyyat və anbar təsərrüfatı (8,2 faiz), informasiya və kommunikasiya (6,4 faiz), eləcə də yerləşdirmə və ictimai iaşə (5,7 faiz) sahələrinin də mühüm payı olub.

Məşğulluğun bölgələr üzrə bölgüsü isə belədir: Tbilisi – 66,1 faiz; Acara – 9,7 faiz; İmereti – 6,2 faiz; Kvemo Kartli – 5,2 faiz; Sameqrelo–Zemo Svaneti – 3,3 faiz; Kaxeti – 2,8 faiz; Şida Kartli – 2,2 faiz; Mçxeta–Mtianeti – 1,8 faiz; Samçxe–Cavaxeti – 1,4 faiz; Quriya – 0,9 faiz; Raça–Leçxumi və Kvemo Svaneti – 0,3 faiz.

Bizi WhatsApp – da izləyin.