ABŞ xüsusi təyinatlıları ölkəyə girib Prezident və xanımını apardılar
Venesuela Prezidenti Nikolas Maduronun ABŞ ordusunun “Delta” xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılaraq ölkədən çıxarıldığı bildirilir. Bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, səhər tezdən Karakasda bir neçə partlayış səsi eşidilib. Hadisə ilə bağlı Venesuela hökuməti ABŞ-ı ittiham edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyat aparıldığını açıqlayıb və Maduronun həyat yoldaşı ilə birlikdə saxlanılaraq ölkədən çıxarıldığını bildirib.
Bizi WhatsApp – da izləyin.