Gürcüstanda Honkonq qripi yayılmağa davam edir – HƏKİMDƏN XƏBƏRDARLIQ
Gürcüstanda qrip virusunun göstəriciləri və vaksinasiya mövzusunda İaşvili adına Uşaq Mərkəzi Xəstəxanasının tibbi direktoru açıqlama verib. İvane Çxaidzenin sözlərinə görə, ölkədə qrip virusu hələ də dövriyyədədir və əsasən Honkonq qripi yayılıb.
Həkimin sözlərinə görə, 52 həftənin məlumatlarına əsasən, müraciətlərin sayı yüksəkdir, lakin pik həddə çatmayıb. İvane Çxaidze tövsiyə edir ki, qrip əlamətləri aşkar olunan kimi həkimə müraciət edilsin.
“Hazırda ölkədə qripə yoluxmanın yüksək göstəriciləri davam edir. Əsasən bu, H3N2 tipli virusdur və müraciətlərin sayına görə həm ambulator, həm də stasionar müəssisələrdə hələlik pik səviyyəyə çatmayıb. Lakin ötən illə müqayisədə göstəricilər yenə də nisbətən yüksəkdir.
Risk qrupları üçün qrip virusunun ehtimal olunan simptomları olduqda həkimlə vaxtında əlaqə çox vacibdir, çünki həkim pasiyentə antiviral preparatın təyin olunub-olunmamasına qərar verməlidir. Antiviral preparatlar hazırda ölkədə dövriyyədə olan qripin bütün formalarına qarşı çox effektivdir. Bu preparat nə valideyn, nə də yetkin pasiyent tərəfindən özbaşına təyin edilməməlidir. Onun təyin olunması ilə bağlı qərarı yalnız həkim verir, çünki digər bütün dərmanlar kimi, bu preparatın da yan təsirləri var və bu, həkimlə məsləhətləşmədən qəbul edilə bilən sadə qızdırmasalıcı vasitə deyil”, – deyə İvane Çxaidze bildirib.
Bizi WhatsApp – da izləyin.