Praktikant müəllimlər ödənişlərinin geri qaytarılması üçün bu tarixədək müraciət edə bilərlər
Praktikant (təcrübəçi) müəllim imtahanında iştirak edən şəxslər apellyasiya ilə bağlı ödənişlərinin geri qaytarılması üçün elektron qaydada müraciət etməlidirlər.
Bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.
Təcrübəçi müəllimlərin imtahanlarında iştirak edən şəxslər pulun geri qaytarılması ilə bağlı ərizəni elektron şəkildə təqdim edə bilərlər. Bu, aşağıdakı hallarda mümkündür:
- Şikayət ərizəsini təqdim edərkən artıq ödəniş edilməsi;
- Şikayət müddəti bitmədən ərizə təqdim etməmək;
- Müəyyən edilmiş müddət bitməzdən əvvəl şikayət ərizəsindən imtina etmək;
- Şikayət ərizəsi əsasında testin qiymətləndirilməsinin dəyişdirilməsi.
Ərizələr yalnız xüsusi proqram vasitəsilə https://online1.naec.ge/oapp saytında qəbul olunur. Qəbullar 30 dekabr saat 15:00-dan 30 yanvar saat 18:00-dək davam edəcək.
Pul vəsaiti göstərilən hesab nömrələrinə ərizələrin qəbulu başa çatdıqdan bir ay ərzində köçürüləcək.
Bizi WhatsApp – da izləyin.