Marneulidə yola çıxan at qəzaya səbəb oldu, sürücü…
Marneuli bələdiyyəsinin Qullar kəndi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, ötən gün 22:30 radələrində hərəkətdə olan minik avtomobili anidən qarşısına çıxan atı vurub.
Nəticədə avtomobilə ciddi ziyan dəyib, sürücü isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.