Marneulidə iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib – FOTO

Marneuli bələdiyyəsinin Baydar kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “BMW” markalı avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər gənc dünyasını dəyişib, iki nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırlıb. Dünyasını dəyişən gənclərin Üfiq Bədəlov və Ümid Adgözəlov olduğu bildirilir. Məlumata görə, hər iki gəncin 23 yaşı olub.

Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.