Azyaşlının videosunu məktəbdə digər şagirdlərə yayan şəxs saxlanılıb

Şəxsi həyatın gizliliyinə müdaxilə edərək yetkinlik yaşına çatmayan şəxsin videosunu yayan bir nəfər saxlanılıb.

Bu barədə məlumatı Prokurorluq yayıb.

İstintaq məlumatına görə, təqsirləndirilən şəxs qanunsuz olaraq yetkinlik yaşına çatmayan zərərçəkənin şəxsi həyatına aid videomaterial çəkib və saxlayıb. Həmin video sonradan məktəb şagirdləri arasında yayılıb.

Prokurorluğun müraciəti əsasında məhkəmə təqsirləndirilən şəxsə həbs-qətimkan tədbiri tətbiq edib. Saxlanılan şəxs Cinayət Məcəlləsinin 157-prima maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, şəxsi həyatın gizliliyinin qanunsuz əldə olunması, saxlanması və yayılması 7 ilədək həbs cəzası ilə cəzalandırılır.

Bizi WhatsApp – da izləyin.