DƏHŞƏTLİ QƏTL: Anasını və qardaşını öldürən şəxs saxlanılıb- VİDEO

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları, iki ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə ittihamı ilə 1971-ci il təvəllüdlü D.R.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində baş vermiş münaqişə zamanı anasına və qardaşına döş qəfəsi nahiyəsindən soyuq silahla xəsarətlər yetirib. Nəticədə hər iki şəxs hadisə yerində həyatını itirib.

İş üzrə aparılan istintaq tədbirləri nəticəsində polis D.R.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

Hüquq-mühafizə orqanları cinayətin törədilməsində istifadə olunan aləti maddi sübut kimi götürüblər.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin “l” və “k” bəndləri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.