QARDABANİDƏ FACİƏ: 5 nəfər ölüb, 1 nəfər isə…

Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində dəhşətli yol qəzası baş verib.

Belə ki, Qardabani-Rustavi mərkəzi yolunda BMW X5 markalı minik avtomobili ağaca çırpılıb. Nəticədə avtomobildə olan 6 nəfərdən 5-i faciəvi şəkildə yerindəcə dünyasını dəyişib. Bir nəfər isə xəstəxanaya aparılıb. Onun vəziyyəti barədə hələ ki, məlumat yoxdur.

Qəzaya ilk səbəb kimi yüksək sürətin səbəb olduğu deyilir.

Hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Halların İdarə olunması xidmətinin xilasediciləri və təcili yardım briqadaları cəlb edilib.

Hal-hazırda mərkəzi yolun bağlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.