Qardabanidə qəzada 7 nəfər dünyasını dəyişib – FOTO
Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində dəhşətli yol qəzası baş verib.
Belə ki, Qardabani-Rustavi mərkəzi yolunda BMW X5 markalı minik avtomobili ağaca çırpılıb.
Hadisə şahidlərinin ilkin məlumatına görə içərisində 5 nəfərin olduğu BMW X5 markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yolda 2 nəfər piyadanı vuraraq ağaca çırpılıb.
Nəticədə 6 nəfər hadisə yerində bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Halların İdarə olunması xidmətinin xilasediciləri və təcili yardım briqadaları cəlb edilib.
Hal-hazırda mərkəzi yol bağlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizi WhatsApp – da izləyin.
