Gürcüstanda sərnişin avtobusunu oğurlamağa cəhd edən iki nəfər saxlanılıb

Kutaisidə sərxoş gənclər sərnişin dolu avtobusu oğurlamağa cəhd ediblər. Məlumata görə, onlardan biri sükan arxasına əyləşərək avtobusu idarə edib, lakin o, bir neçə metr ilərlədikdən sonra polislər tərəfindən saxlanılıb.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, artıq faktla bağlı 19-178-ci (quldurluğa cəhd) maddəsi ilə araşdırma başladılıb.