Tbilisidə silahlı insident – ölən və yaralılar var

Tbilisidə silahlı insident baş verib.

Paytaxtın Qoqebaşvili küçəsində baş vermiş insident zamanı 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Daxili İşlər Nazirliyi qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.

Cinayətin motivləri açıqlanmayıb.