Muğanlı məktəbində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş açıq dərs keçirilib – VİDEO

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Qardabani rayonunun Muğanlı ictimai məktəbində maarifləndirici dərs keçirilib.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən açıq dərsdə səfirliyin məsul əməkdaşı Ramiz Hacızadə, Müəllimlər İttifaqının idarə heyətinin üzvləri, məktəb müdiriyyəti, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

İlk öncə Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan dərs çərçivəsində dahi şəxsiyyət Heydər Əliyevin ömür yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib. Sonra şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Məktəblilər isə Ulu öndərlə bağlı şeirlər söyləyərək, Heydər Əliyevdən sitatlar gətiriblər.