Qaraciyər transplantasiyası əməliyyatı tam dövlət tərəfindən maliyyələşdiriləcək – VİDEO
Qaraciyər transplantasiyası əməliyyatı tam dövlət tərəfindən maliyyələşdiriləcək. Bu barədə bu gün baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən hökumətin iclasında qərar verilib.
Belə ki, bu günədək dövlət 120 min larilik əməliyyatın 70 min lari dəyərində olan hissəsini ödəyirdi ki, yeni qərara əsasən əməliyyat xərcləri təmamilə dövlət tərəfindən qarşılanacaq.
İclasda həmçinin sosial cəhətdən aztəminatlı uşaqlara verilən yardımın miqdarının artırılması məsələsi də müzakirə edilib. Belə ki, iyul ayının 1-dən sözügedən yardım 16 yaşadək uşaqlar üçün 150 laridən 200 lariyədək artırılacaq. Artıq bu istiqamətdə dövlət büdcəsindən yarım milyard lari vəsait ayrılıb.